Azərbaycan Kubokunda yeni mövsümün püşkü atıldı
Futbol üzrə Azərbaycan Kubokunun 2016/17 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, yeni mövsümdə mükafat uğrunda 18 klub mübarizə aparacaq.
Bunlar Premyer Liqada çıxış edən "Qarabağ", "Zirə", "Qəbələ", "İnter", "Kəpəz", "Neftçi", AZAL və "Sumqayıt", eləcə də Birinci Divizionun 10 təmsilçisidir ("Rəvan", "Qaradağ Lökbatan", MOİK, "Şəmkir", "Zaqatala", "Turan Tovuz", "Bakılı", "Şahdağ", "Şərurspor" və "Səbail").
Püşkatma nəticəsində 1/16 və 1/8 finalda mübarizə aparacaq cütlüklər aşağıdakı kimi formalaşıb:
1/16 final
12 oktyabr
"Turan Tovuz" - "Bakılı"
"Şəmkir" - "Qaradağ Lökbatan"
1/8 final
2-3 dekabr
"Kəpəz" - "Şahdağ"
"Neftçi" - "Şərurspor"
"Sumqayıt" - MOİK
"Qarabağ" - "Səbail"
"Zirə" - "Turan Tovuz"/"Bakılı"
"Qəbələ" - "Zaqatala"
"İnter" - "Şəmkir"/"Qaradağ Lökbatan"
AZAL - "Rəvan"
