6 oktyabr 2016 11:40
"Norveç Azərbaycan və San Marino ilə oyunların aşkar favoritidir"
Norveçli veteran futbolçu Yesper Matisen bu ölkənin yığma komandasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və San Marinoya qarşı keçirəcəyi oyunlarla bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Norveç yığmasının qarşıdakı oyunlardan 6 xalla ayrılmasını gözləyirəm. Çünki komandamız Azərbaycan və San Marino ilə oyunların aşkar favoritidir. Ona görə də bu iki oyunda qələbədən başqa heç nə gözləmirəm".
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
