6 oktyabr 2016 11:20
KK legioner limitini və elitada klub sayını müzakirə edəcək
Bu gün AFFA Klublar Komitəsinin növbəti iclası keçirilir. Azerisport.az xəbər verir ki, iclasın gündəliyində duran məsələlər bunlardır:
AFFA-nın Lisenziyalaşdırma Qrupunun nümayəndəsi ilə görüş; Azərbaycan Premyer Liqasında legioner limiti; U-19 liqasının formatının müzakirəsi ("Qəbələ" klubunun təklifi); Aşağı yaş qrupundan ibarət komandaların yarışında hakimliyin səviyyəsi; Növbəti mövsüm üçün Premyer Liqanı tərk edəcək və 1-ci divizionda Premyer Liqaya yüksələcək komandaların sayının müzakirəsi; Digər məsələlər.
