6 oktyabr 2016 11:00
Vüqar Nadirov: Onun milliyə dəvət almasına çox sevindim
"Qarabağ"ın hücumçusu Vüqar Nadirov futbol üzrə Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyəti ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmamızı iki çətin matç gözləyir. Amma mən komandamıza inanıram. Fikrimcə, millimiz Norveç və Çexiya ilə görüşlərdə uğur qazana bilər. Rauf Əliyevin yenidən yığma komandaya qayıtmasına çox sevindim. O, komandaya lazım idi. Əlbəttə, mən də millidə oynamaq istərdim. Amma bunun öncə "Qarabağ"da forma yığmalıyam. Klubda heyətə düşməyə, özümü göstərməyə başlayandan sonra milli barədə düşünmək olar".
