6 oktyabr 2016 00:55
Roman Hüseynov: Qəbələnin əsas heyətində yer almaq üçün üzərimdə çox çalışmalıyam
"Qəbələ"nin yarımmüdafiəçisi Roman Hüseynov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qarabağ" üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çox şadam ki, komandamız çempionatın lideridir. "Qəbələ"nin futbolçusu olduğum üçün sevincliyəm. "Qarabağ"la oyunda iştirak etməyimə, bu komandaya qalib gəldiyimizə görə də sevindim. Əsas heyətə də düşmək olar. Hər şey insanın özündən asılıdır. Amma bunun üçün öz üzərimdə daha çox çalışmalıyam. Bu mövsüm artıq bir qol vurmuşam. Yenə də fərqlənmək istəyirəm. Şadam ki, Roman Qriqorçuk mənə şans verir. Düşünmürəm ki, adım onun mənə simpatiya bəsləməsinə səbəb olsun" (gülür).
