6 oktyabr 2016 00:35

Samir Musayev: Reynaldo indi Qarabağa fayda verə bilmir

Futbol üzrə Azərbaycan yığmasının və "Qarabağ"ın sabiq hücumçusu Samir Musayevin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın "Qəbələ"yə qarşı son çempionat oyunundakı məğlubiyyətini (0:2) necə şərh edərdiniz?
- Ola bilsin ki, bu oyundan öncə Avropa Liqası çərçivəsində İtaliyada "Fiorentina" ilə görüşdəki darmadağın (1:5) komandaya psixoloji cəhətdən böyük zərbə olmuşdu. Boyan Şaranovun uğursuz çıxışı da öz rolunu oynadı. Üstəlik, uzaq səfərdən sonra yorğunluq var idi. Hazırlaşmaları üçün çox vaxtları yox idi. Fikrimcə, Qurban Qurbanov bu uğursuzluğu unutdurmaq üçün nəyi necə etmək lazım olduğunu hamıdan yaxşı bilir.

- Bəs sizcə, onlar bunun üçün nə etməlidirlər?
- Komandaya ilk növbədə həm fiziki, həm də mənəvi cəhətdən istirahət lazımdır.

- "Qarabağ" son illərdə ən məhsuldar komanda olsa da, kapitan Rəşad Sadıqov indi ən çox qol epizodlarından yararlana bilməmələrindən şikayətlənir...
- Mən də belə düşünürəm. "Qarabağ"ın bu baxımdan problemi var. Dəqiq səbəbini bilmirəm. Ola bilər ki, futbolçular özlərinə həddən artıq güvənirlər. Ya da əksinə, özlərinə inamları itib. Hər halda bu baxımdan problem hiss olunur.

- Komandanın hücum xətti daha çox tənqid olunur. Reynaldo əvvəlki səviyyəsindən uzaqdır, Dino Ndlovu hələ tam uyğunlaşmayıb, Mahir Mədətov oynamaqdan daha çox meydanda mübahisə etməklə məşğul olur. Bəs "Qarabağ"da kim qol vurmalıdır?
- Mən də belə hesab edirəm ki, Reynaldo artıq əvvəlki futbolçu deyil. O, "Qarabağ"a fayda vermir. Bu da bütövlükdə komandanın çıxışına təsir göstərir. Reynaldonun ən böyük problemi ondadır ki, komanda oyunu sərgiləmir, daha çox fərdi oyuna üstünlük verir.

- Son dövrlər tənqid olunanlardan biri də müdafiəçi Elvin Yunuszadədir. Siz də onun "Qarabağ" səviyyəsində futbolçu olmadığını düşünürsüz?
- Tənqid yaxşı haldır. Əminəm ki, o, bu tənqidlərdən nəticə çıxaracaq. Fikrimcə, o, pis təsir bağışlamır. Komanda uğur qazana bilməyəndə əsas günahı hamı müdafiə xəttində axtarır. Halbuki, komandanın hücumda işləri yaxşı alınsa, heç arxa xəttdə buraxılan səhvlər bu qədər diqqət mərkəzində olmazdı. Müdafiə hücumdan başlayır.

- Bəlkə "Qarabağ"da heyətlə bağlı köklü dəyişikliyə ehtiyac var?
- Komandada yaxşı futbolçular çoxdur. "Qarabağ"ın bircə problemi var. Bu da Azərbaycan çempionatında "Qarabağ" səviyyəli komandaların az olmasıdır.

- Hamı Ağdam klubundan hücumçu transferi gözlədiyi vaxtda, "Qarabağ" qapıçı Emil Balayevi sıralarına qatdı. O, komandada dördüncü qapıçı olacaq...
- Emil perspektivli qapıçıdır. Ümid edirəm ki, onun "Qarabağ" karyerası alınacaq. Əlbəttə, hamımız onun Avropada oynamasını istərdik. Amma bir halda ki, "Qarabağ" onu öz heyətində görmək istəyib, deməli, belə istəyiblər.

- Birinci dövrədən sonra "Qəbələ" çempionatın vahid lideridir. Bu komanda "Qarabağ"ı qızıl medalsız qoya biləcək?
- Hələ bu barədə danışmaq tezdir. Mənə elə gəlir ki, çempionluq uğrunda mübarizə üç klub arasında - "Qarabağ", "İnter" və "Qəbələ" arasında keçəcək. İndidən kimisə aşkar favorit saymaq isə tezdir.

- "Qarabağ"ın Avropa Liqasında qrupdan çıxmaq şansları barədə nə düşünürsünüz?
- Şans var. Allah eləsin ki, "Qarabağ" qrupdan çıxsın. "Fiorentina" ilə səfər oyununda qırmızı vərəqəyə qədər komandamız pis oynamırdı. Bir məğlubiyyət artıq şansımızın qalmadığı anlamına gəlmir. Komanda növbəti oyunlarda öz hədəfinə çatmaq üçün daha aqressiv çıxış etməlidir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.