6 oktyabr 2016 00:15
Kəpəz bu gün məşqləri bərpa edəcək
Topaz Premyer Liqasında ilk dövrənin son oyununda “Neftçi”yə məğlubiyyətdən sonra 4 günlük istirahətə buraxılan “Kəpəz”in üzvləri bu gün bir araya gələcək. Azerisport.az xəbər verir ki, komanda məşqləri Bakıda bərpa edəcək.
“Sarı-göylər” hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçəcək. Gəncə klubunun oktyabrın 6-na olan məşqi saat 16:00-da başlayacaq. Sonrakı üç gün ərzində keçiriləcək məşqlər isə saat 11:00-a təyin olunub.
