5 oktyabr 2016 19:00

Muarem Muarem: Qarabağın buna yetəcək gücü var

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- Komandanızın son üç oyunda cəmi 1 xal topladığını nəzərə alsaq, işlərinizin qaydasında getmədiyini söyləmək olar?
- Onların hər biri ağır səfər oyunu idi. Biz onları mümkün qədər yaxşı nəticələrlə başa vurmağı planlaşdırmışdıq. Təbii ki, bu üç oyundan cəmi 1 xalla ayrılacağımız heç kimin ağlına da gəlməzdi. Bundan nəticə çıxarmaq lazımdır. Daha yaxşı hazırlaşmaq, daha çox çalışmaq lazımdır. Fikrimcə, buna yetəcək gücümüz var.
 
- Son turda "Qəbələ" ilə oyuna çox pis başladınız. Heç elə bir oyuna yadınıza gəlir ki, bu qədər pis start verəsiniz?
- "Qəbələ" matça çox yaxşı başladı və iki qol vurdu. Amma ondan sonra oyundakı üstünlük bizim əlimizə keçdi. Qol vurmaq üçün şanslarımız olsa da, onlardan yararlana bilmədik. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Artıq növbəti oyunlara hazırlaşmaq lazımdır.

- Avropa Liqasında İtaliyanın "Fiorentina" klubuna məğlubiyyətinizi (1:5) yəqin ki, hələ gec unudacaqsınız. Bunun da Qəbələdəki oyunda təsiri oldu?
- Florensiyadakı matç tamamilə fərqli oyun idi. Həm də bizim "Qəbələ" ilə matça yaxşı hazırlaşmaq üçün yetərincə vaxtımız olmamışdı. İnanıram ki, bundan sonrakı oyunlarda hər şey bizim üçün daha yaxşı alınacaq.

- Komandanızın hücum xəttində çatışmazlıqlar diqqət çəkir. Çoxlu qol vəziyyəti boşa verilir...
- Bu çatışmazlığı aradan qaldırmalı, qollar vurmalıyıq. Başqa variantımız yoxdur.

- Bu mövsüm elə təəssürat yaranıb ki, "Qarabağ" "Qəbələ" ilə rəqabət aparacaq gücdə deyil?
- Onlar bizdən altı xal öndədilər. Amma bu, elə də böyük fərq deyil. Həm də indi bunu müzakirə etmək çox tezdir. Qarşıda hələ çox oyun var. Biz bütün görüşlərdə qələbə üçün oynayacağıq ki, yenə çempion olaq. "Qəbələ" ilə də üç oyunumuz olacaq. Odur ki, hələ hər şey qarşıdadır.

- Avroliqadakı növbəti iki oyununuz Yunanıstan PAOK-una qarşı olacaq. Bu rəqiblə görüşlər komandanızın qrupdan çıxması baxımından həlledici olacaq...
- Həmin oyunlara hələ kifayət qədər vaxt var. Avroliqada asan oyun olmur. PAOK da yaxşı komandadır, güclü futbolçulardan təşkil olunub. Amma bu komanda ilə görüşlərdə yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.