5 oktyabr 2016 18:20
Kaue: Kamran Boaviştada olmasaydı, onlara qalib gələcəkdik
"Neftçi"nin sabiq yarımmüdafiəçisi, hazırda "Moreyrense"nin şərəfini qoruyan Kaue Portuqaliya çempionatının son turunda azərbaycanlı qapıçı Kamran Ağayevin komandasına - "Boavişta"ya qarşı keçirdikləri oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Moreyrense" indi yaxşı vəziyyətdə deyil. Turnir cədvəlinin sonuncu pilləsindən yaxa qurtarmaq üçün hər oyuna qələbə üçün çıxırıq. "Boavişta" ilə oyunda qapıda Kamran Ağayevin duracağını bilirdim. O, yaxşı qapıçıdır. Kamran penalti ilə yanaşı, daha bir neçə zərbənin qarşısını aldı. Məhz penaltini dəf etməsi "Boavişta"nın qələbəsində böyük rol oynadı. Kamran "Boavişta"da olmasaydı, biz bu mövsüm ikinci qələbəmizi qazanacaqdıq".
