5 oktyabr 2016 17:20

“Qarabağ”a oyunda giriş pullu olsa da, bu tamaşaçı axınına mane olmadı”

Topaz Premyer Liqasında ilk dövrənin 28 oyununu stadionlardan 55 828 tamaşaçı izləyib. Azerisport.az xəbər verir ki, bu qədər azarkeşdən 29 238 nəfəri “Kəpəz”in 3 ev oyununda “sarı-göylər”ə dəstək verib.

Beləliklə, Nizami yurdunun təmsilçisinin Gəncədə keçirdiyi matçları izləyənlərin sayı digər 25 çempionat oyununa baxanların sayından (26 590) daha çox olub. Maraq üçün əlavə edək ki, 6-cı turun “Kəpəz” – “Qarabağ” matçına 14 238, 4-cü turun “Kəpəz” – “Zirə” görüşünə 10 000, 2-ci turun “Kəpəz” – AZAL oyununa isə 5 000 seyrçi tribunadan tamaşa edib.

“Kəpəz”in azarkeş liderliyi ilə bağlı klubun icraçı direktoru Cabir İbrahimov Gəncə təmsilçisinin rəsmi saytına açıqlama verib: “Gəncədə futbolun nə qədər sevildiyi məlumdu. Bunun nəticəsidir ki, “Kəpəz”in böyük fanat ordusu var. Azarkeşlər daim komandanın ev oyunlarına maraq göstərirlər. Bu işdə klub rəhbərliyi də maraqlıdır. Çünki futbol azarkeşlər üçündür. Çempionat yeni başlayanda ilk iki ev oyunumuza bilet satışı təşkil etmədik. Necə ki, azarkeşlər “Kəpəz”in arxasındadırlar, eləcə də biz onların yanındayıq. “Qarabağ”la ev oyununda isə stadiona giriş pullu olsa da, bu tamaşaçı axınına mane olmadı. Əksinə, rəqəmlər də göstərir ki, matça daha çox tamaşaçı gəldi. Komandamız da güclü dəstəyin nəticəsində daha da yaxşı oynayır və uğurlu nəticələr göstərməyə çalışır. Fürsətdən istifadə edib azarkeşləri qarşıdakı ev oyunlarımıza dəvət edirəm, stadiona gəlib doğma komandaya ruh versinlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.