5 oktyabr 2016 16:40
Norveç Azərbaycanla oyuna bu heyətlə çıxacaq
Norveç yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla səfər oyunu üçün start heyəti müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu ölkədən olan həmkarlarımız baş məşqçi Per Matias Hoqmonun 4-5-1 taktikasından yararlanacağını iddia edirlər.
Start heyətdə isə bu futbolçuların meydana çıxması gözlənilir: Rune Yarsteyn - Yunas Svensson, Even Hovlann, Stefan Strannberq, Hatam Alisami - Per-Silyan Şelbred, Ole-Kristian Selnes, Markus Henriksen, Yo-İnqe Berqet - Coşua Kinq.
Qeyd edək ki, Azərbaycan - Norveç matçı oktyabrın 8-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
