5 oktyabr 2016 16:20
Azərbaycan yığmasının oyunu yenə belçikalıya tapşırıldı
19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsində 5-ci qrupun ikinci turunda Bosniya və Herseqovina ilə Azərbaycan yığması arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, millimizin oyununu yenə belçikalı Conatan Lardo idarə edəcək.
Xatırladaq ki, millimizin ilk turda Avstriyaya 1:4 hesabıyla uduzduğu qarşılaşmanın da baş hakimi məhz Lardo olmuşdu.
Bosniya və Herseqovina - Azərbaycan matçı sabah Litvada keçiriləcək və saat 15:00-da start götürəcək.
