5 oktyabr 2016 16:00

Riad Rəfiyev: Kamran Ağayevlə Ramil Şeydayevin maaşını ödəmək AFFA-nın nəyinə lazımdır ki?

Futbol üzrə Azərbaycan yığmasının admistratoru, AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru Riad Rəfiyevin azerisport.az saytına müsahibəsi

- Ramil Şeydayevlə Emin Mahmudovun Azərbaycan yığmasına gətirilməsində ən fəallardan biri olmusunuz. Buna nə dərəcədə çətinliklə nail oldunuz?
- Çox çətin oldu. Eminlə 5-6 il idi danışıqlar gedirdi. Hansı ki, o, Rusiyanın yeniyetmələrdən ibarət komandalarında oynamağa başlamışdı. Onunla bu mövzuda çox söhbətlər edirdik. Amma onu məhz indi razı sala bildim. Niyə? Əsas problem Rusiyada legionerlərə tətbiq olunan limitlə bağlı idi. Başqa ölkələrin yığma komandasında oynayan hər bir futbolçu Rusiyada legioner hesab olunur. Legioner futbolçular üçün də heyətə düşmək çətindir. Bu ölkəyə üz tutan daha güclü futbolçularla rəqabət aparmaq asan deyil. Biz də qərara gəldik ki, bu uşaqlar üçün Avropanın başqa ölkələrində klublar tapaq. Onlarla belə bir razılığa gəldikdən sonra yığmamızda oynamaq təklifini qəbul etdilər. Çünki özləri də Azərbaycan yığmasında oynamaq istəyirdilər.

- Şeydayevin problemi daha çətin həll olundu?
- "Zenit" onun Azərbaycan yığmasında oynamasının əleyhinə idi. Hər şey Ramilin bu klubla müqaviləsinin müddəti başa çatandan sonra düzəldi. Əslində, qanunla onlar futbolçuya seçim emtəkdə mane olmamalı idilər. Amma "Zenit" Şeydayevi gələcəkdə heyətində görmək istəyirdi və legioner olmasına imkan vermək istəmirdi.

- Bəs nə əcəb onlar Ramilə yeni müqavilə təklif etmədilər?
- Yeni müqavilə təklif olundu, sadəcə, Ramil özü qalmaq istəmədi.

- Şeydayevin "Trabzonspor"dakı maaşının AFFA tərəfindən ödənilməsi barədə xəbərlər nə dərəcədə doğrudur?
- Mən də bu barədə oxumuşam. Hətta eyni söhbəti Portuqaliya "Boavişta"sına keçən Kamran Ağayevlə də bağlı eşitmişəm. Bu, çox gülməlidir və həqiqəti əks etdirmir. Axı bu, AFFA-nın nəyinə lazımdır? Ramil 17 yaşlılar arasında AÇ-nin qalibidir. 19 yaşadək AÇ-nin finalçısı, bu turnirin bombardiri olub. Onun Avropa klublarının əksəri öz heyətində görmək istəyirdi.

- Bəs niyə məhz "Trabzonspor"?
- O, oynamaq fürsəti qazanacağı komandaya keçmək istədi. Halbuki, Almaniya Bundesliqasında, İspaniya və Portuqaliya çempionatında da oynaya bilərdi.

- Şeydayev "Trabzonspor"da cəmi bir kubok matçında oynayıb. Super Liqa matçlarında isə ümumiyyətlə iştirak ərizəsində yer almır. Ərsun Yanalın onu oynatmamasının səbəbini nədə görürsünüz?
- Ramilin bu komandaya keçməsini məhz Yanal özü istəyib. Bu, zaman məsələsidir. Mövsüm hələ yenicə başlayıb. Mütləq oynayacaq. Həm də "Trabzonspor"un heyətinə düşmək asan məsələ deyil. Türkiyə kubokunda da şans qazandı, qol vurdu.

- AFFA Elnur Cəfərovun da klub tapmasında yardımçı oldu. Onların çıxışından razısınız?
- Elnur Xorvatiyanın birinci liqasında, "Duqopolye"də oynayır. Bu komanda çempionatın favoriti hesab olunur. Növbəti mövsümdə Xorvatiyanın güclülər dəstəsində oynamaq şansları çox böyükdür. Xorvatiyanın 1-ci liqasının səviyyəsi yüksəkdir və Elnur üçün bu, yaxşı variantdır. Hər oyunda meydana çıxır. Cəfərovun böyük potensialı var. Özünü orada göstərəcək. Lakin Portuqaliyanın "Tondela" klubundan ayrıldığına görə bu futbolçu çox tənqid olundu. Haqqında elə şeylər yazılırdı ki, sanki bizim futbolçu deyil. Elə yazıları oxumaq üzücü idi.

- Onun bu kluba keçidində Robert Prosineçkinin rolu oldu?
- Bunda bütövlükdə AFFA-nın böyük əməyi oldu. Elnurun keçidi ilə AFFA məşğul idi. Lakin klub rəhbərliyi müqavilə imzalayarkən Prosineçki ilə də məsləhətləşdi.

- Bəs Portuqaliya "Boavişta"sına keçən Kamran Ağayevin transferi necə alındı?
- Kamran səviyyəli qapıçıdır. O, çoxdan güclü çempionatlarda oynamalı idi. Türkiyə, Rusiya çempionatlarında yox, məhz Qərbi Avropa ölkələrinin birinciliklərində. "Boavişta"dakı ilk oyununda səhvə yol versə də, baş məşqçi ona növbəti matçda da start heyətdə şans verdi. Kamran da ikinci oyunda öz səviyyəsini göstərdi, komandasının qələbəsində pay sahibi oldu. Hətta turun simvolik yığmasında da yer aldı. Yeni oyunçu üçün bu, əla nəticədir. İşə düzgün yanaşacağı təqdirdə Ağayevin Portuqaliya çempionatının ən yaxşılarından biri olacağına əminəm.

- Amma bu komandadakı digər futbolçumuz Emin Mahmudov heç bir şans qazanmayıb...
- Bəli, Emin hələ meydana çıxmayıb. O, hələ gəncdir, hər şey qabaqdadır. Mütləq oynayacaq. Potensialı da böyükdür.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.