5 oktyabr 2016 15:30
Çexiya yığması da millimizlə oyun öncəsi itkilərlə üzləşdi
Oktyabrın 11-də DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini qəbul edəcək Çexiya yığması itkilərlə üzləşib. Azerisport.az xəbər verir ki, qapıçı Yaroslav Drobnı və yarımmüdafiəçi Martin Fridek zədələnərək sıradan çıxıb.
Onların əvəzində baş məşqçi Karel Yarolim komandaya "Slaviya"dan Yaromir Jmral ilə Rusiya "Tom"unda top qovan Lukaş Droppanı dəvət edib.
