Hoqmo: Azərbaycanla oyun çətin olacaq
Futbol üzrə Norveç yığmasının baş məşqçisi Per-Matias Hoqmo DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, jurnalistlər üçün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
"Azərbaycanla oyun çətin olacaq. Bakıdakı son qarşılaşmamız da asan keçməmişdi. Baxmayaraq ki, Hovard Nordtveytin qolu sayəsində qələbə qazanmışdıq. Amma ondan sonra Azərbaycan həm bizdən xal aldı, həm də güclü Xorvatiyadan. Azərbaycan yığması çətin rəqibdir. Onlarda son dövrlər xeyli dəyişiklik olub. Daha az qol buraxmağa, yaxşı oynamağa başlayıblar. Qarşıdakı oyunda müdafiə xəttimizin oyunu həlledici olacaq. Kağız üzərində biz favoritik. Hər oyunda qələbə qazanmaq istəyirik və meydana da ancaq bu istəklə çıxırıq".
