5 oktyabr 2016 13:00
Rəşad Sadıqov sıraya döndü
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveçlə, ayın 11-də isə Çexiya ilə qarşılaşmalı olan Azərbaycan yığması hazırlığa start verib. Azerisport.az xəbər verir ki, komanda ötən gün axşam məşqinə çıxıb.
Hazırlıq prosesində 23 futbolçu iştirak edib. "Qarabağ"ın "Qəbələ" ilə oyununu zədə səbəbindən buraxmalı olan kapitan Rəşad Sadıqov da məşqə qatılıb. Onun vəziyyəti məşqlərdə tam gücü ilə iştirak etməyə və qarşıdakı oyunlarda meydana çıxmağa imkan verir.
