5 oktyabr 2016 12:40
Neftçinin Vəli Qasımova da borcu qalıb
"Neftçi"nin sabiq baş məşqçisi Vəli Qasımov bəyan edib ki, paytaxt klubunun ona borcu qalıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən hələ "Neftçi" ilə tam vidalaşmamışam. Ona görə də bizim rəsmən ayrılmağımız lazımdır. "Neftçi"nin mənə müəyyən borcu qalıb. Klub rəhbərliyi ilə görüşümüzü gözləyirəm ki, bu məsələni yoluna qoyaq. Hesablaşmağımız lazımdır".
