5 oktyabr 2016 12:20
Millimiz 10-cu pillədə
Futzal üzrə yığma komandaların yeni dünya reytinqi açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması Kolumbiyadakı dünya çempionatında uğurlu çıxışından sonra siyahıda 10-cu pillədə qərarlaşıb.
Komandamızın hesabında 1435 reytinq xalı var.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2016-nın 1/4 finalında mübarizəni dayandırmışdı.
