5 oktyabr 2016 11:00
Azərbaycan - Norveç matçı israilli hakimlərə tapşırıldı
Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçirəcəyi qarşılaşmanın hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu matçı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Liran Liani olacaq. Ona yan xətt hakimləri Elias Bitton və Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını Eytan Şmulevits yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-də Bakı Olimpiya stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
