5 oktyabr 2016 00:25
Vurğun Hüseynov: Yığmamız Norveçə qalib gələ bilər
Futbol üzrə Azərbaycan yığmasının sabiq müdafiəçisi Vurğun Hüseynov komandamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı keçirəcəyi oyunlarda şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Norveçlə oyun çətin keçəcək. Amma komandamız bu rəqibinə doğma meydanda qalib gələ bilər. Mən buna tam əminəm. Belə olan halda komandamızda özünəinam daha da artacaq və çexlərlə növbəti görüşdə də xal qazana bilərik. Azərbaycan yığması hər iki oyunda xal qazanmağa qadirdir. Qrupdan çıxmağa gəlincə, hər şey mümkündür. Qarşıdakı oyunlarda çox suallara aydınlıq gətirəcək".
