5 oktyabr 2016 00:05
Batistuta: Fiorentinanın Qarabağla oyununun xüsusi analizə ehtiyacı yoxdur
Futbol üzrə Argentina yığmasının və İtaliyanın "Fiorentina" klubunun sabiq forvardı Qabriel Batistuta bu komandanın Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirdiyi oyundan danışıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun 1:5 hesabıyla uduzduğu görüşü "Artemio Franki" stadionunda canlı izləyən əfsanəvi argentinalı bunları söyləyib:
"Fiorentina"nın "Qarabağ"la oyununun xüsusi analizə ehtiyacı yoxdur. Çünki rəqib azlıqda oynayırdı. "Fiorentina" Avroliqada nə qədər uzağa gedə bilər? Fikrimcə, indi bu barədə danışmaq çox tezdir. Hər halda hər şeyi zaman göstərəcək". (Corriere dello Sport)
