Ramazan Abbasov: Millidə oynamağa layiq olanlar dəvət alıblar
Futbol üzrə Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Ramazan Abbasov millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiyaya qarşı oyunları üçün açıqlanmış heyətindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yığmaya dəvət alan futbolçuların siyahısını görmüşəm. Mənə elə gəlir ki, kimlər heyətə düşməyə layiqdirsə, Robert Prosineçki də onlara dəvət göndərib. Asif Məmmədovu da çağırmaq olardı. Son dövrlər o, yaxşı formamadır. Rauf Əliyev də son zamanlar yaxşı sürət yığıb və ümid edirəm ki, start heyətdə yer ala biləcək.
Rəqiblərə gəlincə, həm Çexiya, həm də Norveç güclü komandadır. Amma onlardan xal almaq olar. Norveçlə evdə oynayacağıq, uğur gözləməyə dəyər. Komandamızın necə oynayacağına isə Robert Prosineçki qərar verəcək. Bütövlükdə, millimiz çətin qrupa düşüb. Amma niyə də yox?"
