4 oktyabr 2016 14:40

Elvin Yunuszadə: Bunu şişirtmək lazım deyil

"Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadənin azerisport.az saytına müsahibəsi

- Avropa Liqasında İtaliyanın "Fiorentina" klubuna böyük hesablı məğlubiyyətdən (1:5) sonra Premyer Liqada da "Qəbələ"yə uduzdunuz (0:2). Bu məğlubiyyətə nə səbəb oldu?
- Qəbələ səfəri həmişə çətin keçir. Bunu bilirdik. Elə də oldu. Biz öz oyunumuzu birinci hissənin sonunda tapa bildik. Amma bunadək artıq iki qol buraxmışdıq. Nə qədər çalışsaq da, təəssüf ki, buraxılan qolların əvəzini çıxa bilmədik.

- "Qəbələ" üçün bu qələbəni altı xallıq zəfər saymaq olar?
- Hər iki komanda üçün vacib oyun idi. Amma hələ mövsümün əvvəlindəyik. Qarşıda çox oyun olacaq.

- Axı çempionluq yolundakı əsas rəqibiniz aradakı xal fərqini artırır. Onlara çatmaq çətin olmayacaq ki?
- Bu rəqiblə daha üç oyunumuz olacaq. Həmin oyunlardan ikisini qalib başa vursaq, indiki fərq aradan qalxmış olacaq. Qarşıda çempionatın hələ çox oyunu var.

- "Qarabağ"ın yaratdığı qol vəziyyətlərini boşa verməsini nə ilə izah edərdiniz?
- Hərdən futbolda bir zərbə endirirsən, qol olur. Amma bəzən də çoxlu qol vəziyyəti yaradırsan, qol vurmaq mümkün olmur. Çalışacağıq ki, bu çatışmazlığı aradan qaldıraq.

- "Qarabağ" son üç səfər oyununda cəmi 1 xal toplaya bildi. Sizə elə gəlmir ki, komandanızın işləri heç də yaxşı getmir?
- Bu, hər bir komandada ola bilər. Vəziyyəti düzgün qiymətləndirib, səhvlərimizi aradan qaldırmalıyıq.

- Son dövrlər sizi çox tənqid edirlər. Bu, üzərinizdə tənqid yaratmır?
- Başa düşürəm ki, hər kəsin öz fikrini bildirmək haqqı var. Hamının fikrinə hörmətlə yanaşıram. Mən də uduzmağımızı istəmirəm. Yəqin ki, "Fiorentina" ilə oyundakı aqibətimi də heç bir futbolçu yaşamaq istəməzdi. Amma bunu faciəyə çevirmək, şişirtmək lazım deyil. Çünki mən meydandan qovulan nə ilk, nə də sonuncu futbolçuyam. Tənqid məni daha da güclü edir. Üzərimdə daha çox çalışmaq üçün bu, əlavə bir stimuldur. Son baş verənlər, bütün bu tənqidlər də mənim üçün bir dərs olacaq.

- Bədavi Hüseynov zədələnəndən sonra daha çox oynamağa başladınız. Özünüzdən razısınız?
- Deməzdim. Həm də öz oyunuma qiymət verə bilmərəm. Bunu məşqçilərimizdən soruşmaq lazımdır. Mənə isə öz üzərimdə daha çox çalışmaq qalır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.