Rəqibini təhqir etdi, 3 oyun cəza aldı, 160 manat cərimə olundu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 4-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zaqatala” - “Şəmkir” matçında “Şəmkir”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Rəvan” - “Bakılı” matçında “Rəvan”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Şərurspor” - MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində MOİK-in futbolçusu Sənan Bayramzadə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” - “Qaradağ Lökbatan” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Mübarək Şahquliyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Şahdağ” – “Mil-Muğan” matçının 75-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Zöhrab Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
