4 oktyabr 2016 14:10
Qarabağla Zirə əvəzedicilərinə görə də cərimələndi
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyinin 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“İnter” - “Zirə” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçında “Qarabağ”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
