4 oktyabr 2016 13:40
Azərbaycan - Norveç matçına 12 mindən çox bilet satılıb
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Norveç matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq bu oyuna 12 mindən çox bilet satılıb.
Qeyd edək ki, sözügedən qarşılaşma Bakı Olimpiya stadionunda keçiriləcək. Arenanın 68 000 azarkeş tutumuna malik olduğunu nəzərə alsaq, çətin ki, bu oyunda tribunalarda anşlaq yaşansın.
Azərbaycan - Norveç matçı oktyabrın 8-də keçiriləcək və saat 20:00-da start götürəcək.
