4 oktyabr 2016 13:00
İnter də yoxlama matçı keçirəcək
"İnter" Azərbaycan milli komandasının DÇ-2018-in seçmə oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilə müddətində növbəti tura hazırlıqlarını "İnter Arena"da keçirəcək. Azerisport.az xəbər verir ki, sözügedən komanda hazırlıq prosesi çərçivəsində "Zirə" ilə yoxlama matçı da keçirəcək.
Oyun oktyabrın 8-də "İnter Arena"da baş tutacaq.
