4 oktyabr 2016 12:40
Karel Yarolim: Azərbaycana qalib gələcəyik
Futbol üzrə Çexiya yığma komandasının baş məşqçisi Karel Yarolim DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
"Qarşıdakı hər bir oyunun öz xüsusiyyətləri var. Almaniya ciddi rəqib hesab olunur. Amma mənə elə gəlir ki, biz bu görüşdə sürpriz edə bilərik. Azərbaycana isə qalib gələcəyimizi düşünürəm".
