4 oktyabr 2016 12:20
"İnterin bəxti gətirdi"
"Zirə"nin yarımmüdafiəçisi Gerhard Proqni Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Qələbə qazanmaq istəyirdik. Baxmayaraq ki, "İnter"ə qarşı səfərdə oynamağın çətin olduğunu da bilirdik. Xeyli qol şansımız olsa da, onların sadəcə, birindən yararlana bildik. Fikrimcə, biz bu oyunda iki xal itirdik. Çünki ikinci hissədə rəqibdən daha yaxşı təsir bağışlayırdıq və qələbə qazanmalı idik. "İnter"in sadəcə, bəxti gətirdi".
