4 oktyabr 2016 11:00
Millimiz bu gün ilk sınağına çıxır
Bu gün Litvada 19 yaşadək futbolçulardan ibarət yığmalar arasında AÇ-nin seçmə mərhələsi start götürəcək. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması da bu gün ilk oyununa çıxacaq.
Komandamız Avstriya ilə qarşılaşacaq.
Qrupun digər oyununda isə meydan sahibi Litva Bosniya və Herseqovina ilə qarşılaşacaq.
