4 oktyabr 2016 00:45

Rekord və yubileylərlə zirvədə

Topaz Premyer Liqasında birinci dövrəyə yekun vuruldu. Azerisport.az xəbər verir ki, “Qəbələ” ötən mövsümdə olduğu kimi, bu il də ilk dövrəni lider kimi başa vurdu.

7-ci turda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar”ın liderliyi iki seriya ilə müşayiət olunur. Ağdam klubu ilə görüşdə “Qəbələ” cari mövsümdə ardıcıl 5-ci qələbəsini qazanıb. Bu, klub tarixində 2-ci belə seriyadır. Komanda yalnız 2014/15 mövsümünün ikinci yarısında daha çox – 8 qələbəni sıralamışdı. 5 oyunluq qələbə seriyası həm də cari mövsüm heç bir klubun bacarmadığı göstəricidir.

“Qəbələ” eyni zamanda quru seriya ilə diqqət çəkir. Mövsümün qol buraxmayan yeganə komandası olan “qırmızı-qaralar” Premyer Liqanın ilk 7 turunda qol buraxmamaqla Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. İndiyədək yalnız 2010/11 mövsümünün startında qol buraxmayan “Xəzər Lənkəran” bunu bacarmışdı.
Ümumilikdə isə ötən mövsümün XXXIV turunun “Qarabağ”la matçından (0:2) sonra qapısını toxunulmaz saxlayan “qırmızı-qaralar” 9 oyundur qol buraxmır. Bu, ölkə çempionatları tarixinin 5-ci nəticəsinin təkrarı, “Qəbələ”nin 2-ci göstəricisidir. Komanda 2010/11 mövsümündə ardıcıl 10 matçda qol buraxmamışdı. Bu rekordu təkrarlamaq üçün “qırmızı-qaralar” növbəti turun “İnter”lə görüşündə qol buraxmamalıdır.

Qapıçı Dmitri Bezotosnının quru seriyası artıq 868 dəqiqəyə çatıb. Ukraynalı qolkiperin bu göstəricisi Azərbaycan çempionatlarının 7-cisi, “Qəbələ”nin 2-cisidir. 2010/11 mövsümündə qeydə alınan klub rekordu isə Pavel Doroşevə məxsusdur. Latviyalı 952 dəqiqə qol buraxmayıb. Onun rekordunu təkrarlamaq üçün Bezotosnıya “İnter”lə matçda 84 dəqiqə qapısını toxunulmaz saxlamaq lazımdır.

Qələbə və qol buraxmamaq seriyalarında rekorduna doğru irəliləməkdə olan “Qəbələ” bir ilkə də imza atıb. Ardıcıl 5 quruhesablı qələbə qazanan “qırmızı-qaralar” tarixində ilk dəfə bunu gerçəkləşdirib. Bunadək rekord 4 oyundan ibarət idi. Ötən mövsümün V-VIII turlarında komanda 4 oyunda qol buraxmadan qalib gəlmişdi.

“Qarabağ”la görüş bir neçə yubileylə də əlamətdar olub:

- “Qəbələ” Premyer Liqada 130-cu qələbəsini qazanıb.
- “Qəbələ” Roman Qriqorçukun rəhbərliyi altında 90-cı oyununa çıxıb.
- Dmitri Bezotosnı Premyer Liqada 50-cı oyununu keçirib.
- Rəşad Sadiqov 70-ci, Asif Məmmədov 50-ci dəfə “qırmızı-qara” forma geyinib.
- Baqali Dabo “Qəbələ”də 10-cu qolunu vurub. O, ən azı 10 dəfə fərqlənən 15-ci oyunçu olub.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.