4 oktyabr 2016 00:25
Kamran Ağayev həftənin rəmzi komandasında
Futbol üzrə Azərbaycan yığmasının və "Boavişta"nın qapıçısı Kamran Ağayev Portuqaliya çempionatının 7-ci turunun ən yaxşı 11 futbolçusu sırasına düşüb. Azerisport.az xəbər verir ki, o, həftənin rəmzi komandasına daxil edilib.
"Whoscored.com" saytının məlumatına görə, qapıçımız doğma meydanda "Moreyrense" ilə görüşdəki uğurlu çıxışına görə 8,1 balla qiymətləndirilib və həftənin rəmzi komandasına ən güclü qapıçı kimi düşüb.
Qeyd edək ki, "Moreyrense" ilə oyunda penalti qaytaran Ağayev komandasının qələbəsində böyük pay sahibi oldu. Məhz azərbaycanlı qolkiperin qurtarışından ruhlanan komandası sonda meydanı 2:0 hesablı qələbə ilə tərk etdi.
