4 oktyabr 2016 00:15
Azərbaycn - Avstriya matçı belçikalı hakimə tapşırıldı
19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Avstriya matçının hakim təyinatları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu görüşü belçikalı Conatan Lardo idarə edəcək.
Qeyd edək ki, sözügedən matç oktyabrın 4-də baş tutacaq. Millimizin yer aldığı qrupun oyunları Litvada təşkil olunub.
