4 oktyabr 2016 00:05
Elvin Yunuszadə: Tənqidlər mənim üçün əlavə stimuldur
"Qarabağ"ın son dövrlər ən çox tənqid olunan futbolçularından biri - Elvin Yunuszadə öz çıxışı ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Başa düşürəm ki, hər kəsin öz fikrini bildirmək hüququ var. Hər kəsin də fikrinə hörmətlə yanaşıram. Mən də uduzmağımı istəmirəm. Yəqin ki, "Fiorentina" ilə oyunda düşdüyüm vəziyyətdə də heç bri oyunçu olmaq istəməz. Amma məncə, bunu böyük faciəyə çevirmək lazım deyil. Çünki mən meydandan qovulan nə ilk, nə də sonuncu futbolçuyam. Bu tənqidlər məni öz üzərimdə daha çox çalışmağa məcbur edir. Bu, mənim üçün əlavə stimuldur".
