3 oktyabr 2016 18:00
Mirabdulla Abbasov: Hakim AZAL-ın qapısına penalti təyin etməli idi
"Sumqayıt"ın yarımmüdafiəçisi Mirabdulla Abbasov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları söyləyib:
"Matça pis başladıq və qapımızda erkən qol gördük. Amma sonradan üstünlüyə yiyələnə bildik. Hətta hesabı da bərabərləşdirdik. Hərdən hakimlər bizə qarşı elə qərarlar qəbul edirlər ki, başa düşmək olmur. Bu oyunda da top cərimə meydançasında rəqib futbolçunun əlinə dəydiyi halda hakim penalti təyin etmədi. Vurduğum qola gəlincə, topu qəbul edən kimi zərbə vurmağa qərar verdim. Şadam ki, belə gözəl qol alındı".
