3 oktyabr 2016 17:30

Ziya Əzizov: Azərbaycanın əsas yığmasında oynaya bilərəm

Futbol üzrə Azərbaycan U-19 yığmasının və Hollandiyanın "Den Boş" klubunun yarımmüdafiəçisi Ziya Əzizovun azerisport.az saytına müsahibəsi

- Hollandiyada işlərin necə gedir?
- Hər şey normaldır. Məşq edirəm, oynayıram.

- PSV-yə keçəcəyin deyilirdi. Alınmadı?
- Hələ bu barədə danışmaq istəmirəm. Hər şey qısa zamanda bəlli olacaq. Bu barədə hər belə xəbər mənim çıxışıma təsir edə bilər. Nə vaxt dəqiq məlumat olsa, o zaman danışarıq.

- Neçə ildir "Den Boş"dasan?
- 1998-ci ildə Moskvada anadan olmuşam. 5 yaşımdan futbol oynamağa başlamışam. Sonra "De Yonq"un futbol akademiyasına keçdim. Bir müddət sonra "Den Boş"a keçdim. Bu komandanın məşqçiləri mənim oyunumu görmüşdü və baxışa çağırmadan birbaşa müqavilə təklif etdilər. Artıq yeddi ildir buradayam.

- Orada sənə çətin deyil?
- Rəqabət aparmaq və digər futbolçulardan seçilmək lazımdır. Oynayacaq səviyyədə deyilsənsə, baş məşqçi səni əsas heyətdə meydana buraxmayacaq.

- Yığmamızın Sloveniyadakı toplanışına niyə gecikdin?
- Klub məni gec buraxdı. Buna baxmayaraq, Xorvatiya ilə hər iki oyunda (2:2, 1:1) iştirak edə bildim.

- Azərbaycanın əsas yığmasına dəvət almağı düşünürsən?
- Azərbaycanın əsas yığmasında oynamağı çox arzulayıram. Avropada 17 yaşında əsas millidə oynayan futbolçular az deyil. Amma bizdə münasibət bir fərqlidir. Tez olduğunu deyirlər.

- Deməli, buna tam hazır olmaq lazımdır...
- Mən millidə oynamağa hazıram. Hollandiyada özümdən yaşlılara qarşı oynayıram. Məncə, əsas millidə oynamaq öz həmyaşıdlarına qarşı mübarizə aparmaqdan asandır.

- Millimizin baş məşqçisi Robert Prosineçki deyib ki, sənin oyunundan xəbərsizdir...
- Ola bilsin ki, məni görməyib. Amma mən yığmaya kömək edəcək vəziyyətdəyəm. Dəvət gözləyirəm.

- Azərbaycan klublarından təklif yoxdur?
- Təklif olub. Amma mən Avropada oynamaq istəyirəm.

- Ola bilər ki, səni Hollandiya yığmasına dəvət etsinlər?
- Əvvəllər məni gənclərdən ibarət komandaya dəvət etmişdilər. Amma indi Hollandiya yığmasında çıxış etmək üçün bu ölkənin əsas çempionatında oynamaq lazımdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.