3 oktyabr 2016 17:00
3 klub kubokdan niyə imtina etdi?
Azərbaycan Kubokunun 2016/17 mövsümündə 19 klubun iştirak edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onlardan 8-i Premyer Liqada, qalan 11-i isə Birinci Divizion klubudur.
Birinci Divizionun 3 klubu isə kubokda mübarizə aparmaqdan imtina edib. Bunlar "Mil-Muğan", "Göyəzən" və "Energetik"dir. Onların bu turnirdə iştirakdan imtinasına səbəb kubokda heç bir perspektiv görməmələridir. Bu üzdən də sözügedən klubların rəhbərləri əlavə xərcə düşməmək üçün ümumiyyətlə kubokda mübarizəyə qatılmaq istəməyiblər.
