3 oktyabr 2016 16:40
Qriqorçukdan futbolçularına hədiyyə
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk milli komandaların DÇ-2018-in seçmə mərhələ oyunları ilə əlaqədar yaranan fasilədən istifadə edərək, futbolçularına istirahət verib. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis yetirmələrinə 4 gün istirahət etmək şansı yaradıb.
Qeyd edək ki, "Qəbələ" Topaz Premyer Liqasının 8-ci turunda "İnter"lə qarşılaşacaq. Həmin oyun oktyabrın 15-də baş tutacaq. Həmin oyuna hazırlıq çərçivəsində Qriqorçuk yetirmələrini bir sınaq matçında da yoxlamağı planlaşdırır. Böyük ehtimalla "Qəbələ" əvəzedici komandası ilə qarşılaşacaq.
