Marko Şuler: Qəbələdən qrup mərhələsində daha yaxşı nəticə gözləyirdim
Sloveniyanın "Maribor" klubunun müdafiəçisi Marko Şuler "Qəbələnin Avropa Liqasının qrup mərhələsindəki çıxışını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" Avroliqada çətin qrupa düşüb. Qrup mərhələsinə biz çıxsaydıq, yəqin ki, fərqli qrupa düşərdik. Çünki "Maribor"un reytinqi "Qəbələ" ilə müqayisədə daha yaxşıdır. Amma "Qəbələ" layiqli şəkildə qrup mərhələsinə vəsiqə qazandı. Çünki biz Bakıda zəif oynamışdıq. Ev oyununda isə ələ düşən şanslardan yaxşı yararlana bilmədik və qrup mərhələsindək kənarda qaldıq. Etiraf edim ki, "Qəbələ"nin qrup mərhələsindəki heç bir oyununu izləməmişəm. Amma oyunların qısa icmalını görmüşəm və nəticələrindən xəbərim var. Mən "Qəbələ"dən qrup mərhələsində daha yaxşı nəticələr gözləyirdim. Ardıcıl iki məğlubiyyətdən sonra onların qrupdan çıxmaq şansı azdır".
