Şeydayev baş məşqçisiz qala bilər
Türkiyənin "Trabzonspor" klubunun işləri heç də yaxşı getmir. Azerisport.az xəbər verir ki, milli komandamızın hücumçusu Ramil Şeydayevin komandası Super Liqanın cari mövsümündə geridə qalan 6 turda cəmi 6 xal toplaya bilib və hazırda 12-ci pillədə qərarlaşıb.
Komandanın uğursuz çıxışı baş məşqçi Ərsun Yanalın da kreslosunu laxladıb. Xüsusilə son turda "Karabükspor"a 0:4 hesablı yenilgidən sonra azarkeşlər onu istefaya səsləməyə başlayıblar.
Türkiyəli mütəxəssis isə çıxış yolunu komandada heyətlə bağlı ciddi dəyişikliklər etməkdə görür. Yanal bununla əlaqədar yaxın günlərdə klub prezidenti ilə görüş keçirəcək.
Qeyd edək ki, Şeydayev Super Liqa oyunlarının heç birində iştirak ərizəsinə daxil edilməyib. O, yalnız Türkiyə kubokunda bir oyunda iştirak edib ki, həmin görüşdə də qolla yadda qalıb.
