3 oktyabr 2016 12:40
"Çoxdan idi yığmaya dəvət almadığım üçün çox darıxmışam"
"İnter"in hücumçusu Rauf Əliyev yığmamızın DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç və Çexiya ilə oyunlar üçün açıqlanan heyətə daxil edilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əlbəttə, çox şadam ki, məni yenidən milliyə dəvət etdilər. Robert Prosineçkiyə və məşqçilər korpusuna təşəkkürümü bildirirəm. Bu mövsüm zədəsiz keçinə bilirəm və hər oyunda çalışıram ki, "İnter"in qələbə qazanmasına kömək edim. Vurduğum qolların da yığmaya dəvət almağıma təsiri oldu. Qarşıda Norveç və Çexiya ilə vacib oyunlar var. Norveçə qarşı ötən tsikldə keçirdiyimiz oyunda da heyətdə idim. Özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəyəm. Çoxdan idi yığmaya dəvət almadığım üçün çox darıxmışam".
