3 oktyabr 2016 12:20

Reynaldo: İndi ancaq bu barədə düşünürəm

"Qarabağ"ın hücumçusu Reynaldo Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri səfər oyunundan (0:2) sonra aralarında azerisport.az saytının əməkdaşının da yer aldığı bir qrup jurnalistin suallarını cavablandırıb.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Bu, bizim üçün çox vacib oyun idi. Qələbə qazanmaq istəyirdik. Amma birinci hissədə rəqib çoxlu qol vəziyyəti yaratdı, hətta onların ikisindən yararlandı. Buna baxmayaraq, biz toparlanmağı bacardıq. Qol vurmaq üçün şanslarımız da oldu. Topa da nəzarət etdik. Lakin təəssüf ki, qol vurmağa nail ola bilmədik.

- Komandanızın müdafiə xəttinin Rəşad Sadıqovsuz çıxışını necə qiymətləndirərdiniz?
- Hər bir oyunçu əsas heyətdə oynamaq üçün çalışır. Oyunçular arasında fərq qoymaq istəmirəm.

- İkinci hissədə meydana buraxılmağınız son dövrlərdəki zəif çıxışınızla əlaqədardır, ya Avropa Liqasında "Fiorentina" ilə İtaliyadakı oyundan yorğun qayıtmağınızla?
- Bu, baş məşqçinin qərarıdır. Mən ilk dəqiqələrdən meydanda olmağa həmişə hazıram.

- Azarkeşlərin görməyə alışdığı Reynaldo haradadır?
- Bir müddət öncəyə qədər çox ciddi zədədən əziyyət çəkirdim. O zədədən sonra hələ tam formaya düşməmişəm. İndi ancaq bu barədə düşünürəm.

- "Qəbələ" bu mövsüm çempion ola bilər?
- Onlar layiqli qələbə qazandılar. Rəqibə hörmətsizlik kimi çıxmasın, amma bu iki klub arasında fərq elə də böyük deyil. Qarşıda hələ çox oyun var.

- Tezliklə sizin Azərbaycanda yaşamağınızın 5 ili tamam olacaq. Ondan sonra siz Azərbaycan vətəndaşlığı ala, hətta millimizdə oynaya bilərsiniz...
- Burada mənə qarşı çox yaxşı münasibət var. Hər şey yaxşıdır. Formamı bərpa edib, şans gözləyəcəyəm. Yığmaya dəvət almaq, Azərbaycan xalqını sevindirmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.