3 oktyabr 2016 11:00
Emin Nurinin komandasından növbəti qələbə
İsveç çempionatında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin komandası - "Kalmar" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Göteborq"la qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb - 4:2.
Əsas heyətdə meydana çıxan Emin yenə 90 dəqiqə mübarizə aparıb.
"Kalmar" geridə qalan turlarda topladığı 38 xalla 16 klub arasında 5-ci pillədə qərarlaşıb.
