3 oktyabr 2016 10:30

Kamran Ağayev: Portuqaliyada oynamaq mənim üçün böyük məsuliyyətdir

Futbol üzrə Azərbaycan yığmasının və Portuqaliyanın "Boavişta" klubunun qapıçısı Kamran Ağayev ötən gün "Moreyrense"yə qarşı keçirdikləri oyundan (2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb:

- Ötən tur "Portu" ilə oyunda buraxdığınız üçüncü qolda sizin səhviniz çox müzakirə olundu. Bu dəfə isə demək olar ki, qəhrəmana çevrildiniz. Özünüzü necə hiss edirsiz?
- Özümü yaxşı hiss edirəm. Portuqaliyadakı ilk oyun mənim üçün uğursuz alındı. Üç qol buraxdım. Şadam ki, ilk ev oyunumuzda qapını toxunulmaz saxladım və komandama qələbə qazanmaqda kömək etdim. Mən burada Azərbaycanı təmsil edirəm. Portuqaliyada oynamaq mənim üçün böyük məsuliyyətdir. Ölkəmizi burada daha yaxşı təmsil etməyi düşünürəm. Çünki böyük futbol ölkəsinə gəlmişəm. Portuqaliya son Avropa çempionudur.

- Penalti epizodunda bəxtiniz gətirdi, ya zərbənin istiqamətini düzgün müəyyənləşdirdiniz?
- Hər qapıçının öz güclü tərəfləri olur. Mənim də kifayət qədər təcrübəm var ki, belə epizodlarda lazım olan qaydada davranım.

- Azarkeşlər razı idilər?
- Stadiondakı atmosfer yaxşı idi. Bizi yaxşı qarşıladılar. Doğma meydanda qələbə qazanmaq xoşdur. Bizim turnir cədvəlindəki vəziyyətimiz yaxşı deyil. Ona görə də qələbə qazanıb, üst pillələrə çıxmaq istəyirik.

- Oyundan öncə baş məşqçiniz demişdi ki, hər matçda qapıçı dəyişmək fikri yoxdur. Siz onun ümidlərini doğrulda bildiniz?
- Ervin Sançes məni komandaya dəvət edəndə nə etdiyini bilirdi. Dəvət edibsə, deməli, güvənir. Səbrsizliklə "Portu" ilə cavab oyununu gözləyəcəyəm.

- Baş məşqçi oyundan sonra nə dedi?
- Ayrıca heç nə demədi. Əvvəlki oyunlarda necə, bu dəfə də elə. Sadəcə, yığmaya komandaya gedən oyunçulara uğurlar arzuladı.

- Bu oyun sizi komandanızın bir nömrəsi edə bilər?
- Burada hər şey o qədər də asan deyil. Əsas heyətdə yer almağa layiq olduğunu hər oyunda isbatlamalısan.

- Belə oyundan sonra yəqin ki, yığmamızın düşərgəsinə yaxşı əhval-ruhiyyədə gələcəksiniz...
- Klubdakı işlərimizin necə getməsindən asılı olmayaraq, mən yığmamıza həmişə yaxşı əhvalla gəlmişəm. Qarşıda bizi Norveç və Çexiya ilə oyunlar gözləyir. San Marino üzərindəki qələbənin davamını gətirməli, xal qazanmalıyıq. Vətənə qayıtdığım üçün də şadam. Elə darıxmışam ki.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.