3 oktyabr 2016 10:00
Dadaşovun komandası yenə uduzdu
Almaniyanın Şimal-Şərq Regional Liqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu - "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Noygersdorf"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.
Start heyətdə meydana çıxan Dadaşov bu dəfə 70-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 9 turdan sonra "Moyzelvits" cəmi 4 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.
