3 oktyabr 2016 02:00
Ramaldanovun komandası 3 xalı 2 qolla qazandı
Futbol üzrə Gürcüstan çempionatında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Rasim Ramaldanovun komandası - "Kolxeti" də növbəti matçına çıxıb.
Poti təmsilçisi doğma meydanda "Zuqdidi" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Rasim bu qarşılaşmaya da start heyətdə başlayıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Kolxeti" 7 turdan sonra 12 xalla yer aldığı 7 komandadan ibarət "qırmızı qrup"da 3-cü pillədə qərarlaşıb.
