3 oktyabr 2016 01:45
Eddi İsrafilov zədələndi, komandası uduzdu
Futbol üzrə İspaniya ikinci liqasında (Liqa Adelante) 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Kadis" də növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Rayo Valyekano" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:3.
İsrafilov start heyətdə meydana çıxıb. O, 68-ci dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Bu üzdən də Eddinin millimizin qarşıdakı Norveç və Çexiya ilə seçmə mərhələ oyunlarında iştirakı sual altına düşüb.
Qeyd edək ki, "Kadis" 8 turdan sonra 8 xalla 22 klub arasında 17-ci pillədə qərarlaşıb.
