Vüqar Latviyada daha bir qol vurdu, komandası uduzdu
Futbol üzrə Latviya birinci liqasında 25-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular - Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası - "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Bebri" ilə qarşılaşıb. Uzun müddət idi uğurlu çıxışı ilə diqqət çəkən futbolçularımızın komandası bu oyunda məğlubiyyətlə ayrılıb - 1:2.
Futbolçularımızın hər ikisi bu oyuna start heyətdə çıxıb. Vüqar 90 dəqiqə oynayıb. Orxan isə 56-cı dəqiqədə əvəzlənib.
Komandasının bombardiri olan Vüqar bu oyunda da qol vurub. O, 23-cü dəqiqədə matçda hesabı açıb - 1:1. Amma onun bu qolundan sonra qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıblar.
Bununla da millimizin sabiq forvardı vurduğu qolların sayını 32-yə çatdırıb. Həsənəliyev isə cari mövsümdə 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 53 xal toplayan "Olayne" 15 klub arasında 2-ci pillədə qərarlaşıb.
