3 oktyabr 2016 01:15
Qarabağın rəqibindən səfər qələbəsi
Futbol üzrə Çexiya çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Slovan" da növbəti matçına çıxıb.
Libereç təmsilçisi doğma meydanda "Teplitse" ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyundan qələbə ilə ayrılıb - 2:0.
Qeyd edək ki, bir oyunu təxirə salınmış "Slovan" hazırda 8 xalla 16 klub arasında 14-cü pillədə qərarlaşıb.
