3 oktyabr 2016 01:05
Qəbələnin rəqibi Lionda uduzdu
Futbol üzrə Fransa çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Lion "Olimpik"i ilə qarşılaşıb. "Qəbələ"nin rəqibi bu görüşdən məğlubiyyətlə ayrılıb - 0:2.
Qeyd edək ki, "Sent-Etyen" 12 xalla 20 klub arasında 9-cu pillədə qərarlaşıb.
